Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

İntensiv yağışlardan sonra Şamaxı rayonunun Mədrəsə kəndində sürüşmə sahəsinin aktivləşdiyi bildirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya danışıb.

Onun bildirməsinə görə, Mədrəsədə 20-yə yaxın ev hər an sürüşməyə məruz qala bilər.

«Mədrəsə kəndində təhlükəli vəziyyət yaranıb, vəziyyət ürəkaçan deyil. Kəndin şimal-şərq hissəsində 20-yə yaxın ev qəzalı vəziyyətdədir. Evlər hər an sürüşməyə məruz qala bilər. Kənddə insanlara paylanmış pay torpaqlarında da çox saylı batmalar baş verib, sürüşmələr davam edir. Ərazidə tektonik çatlarda səth suları çıxır. Həm də kənd ərazisindəki yol çöküb», - Ə.Qaralov deyib.

Ə.Qaralov bildirib ki, ETSN-in geoloji planlama ekspedisiyası Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində monitorinqlər aparıb. Rayonun Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə sahələri də araşdırılıb.

«Sürüşmə sahələrindəki vəziyyətlə bağlı arayışlar hazırlanıb aidiyyəti qurumlara təqdim olunacaq», - Ə.Qaralov bildirib.

Son bir ayda aramsız yağışların bütün ölkə ərazisində sürüşmə sahələrini aktivləşdirdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG