Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Noyabrın 4-ü səhər saatlarından kommersiya banklarının dollar və avronun alış, satış məzənnələrini noyabrın 3-ü ilə müqayisədə yüksəltdikləri bildirilir.

«Turan» agentliyi xəbər verir ki, ən yüksək məzənnə «Əmrahbank»da olub. Həmin bankda dolları 1.702 manata alıb, 1.722 manata satdıqları qeyd edilir.

Xəbərdə bankların rus rublunun məzənnəsini aşağı saldıqları da bildirilir. Bu, neftin qiymətlərinin ucuzlaşması ilə izah olunur.

Noyabrın 3-də Mərkəzi Bankın keçirdiyi hərracda dollar 1.658 manata bərabər olmuşdu.

Günün sonunda isə noyabrın 4-ə rəsmi məzənnə 1.6596 manat müəyyən edilmişdi.

XS
SM
MD
LG