Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07

“Donald Trampın prezident seçkisində qalib gəlməsinə imkan verilməyəcək”.

Bunu saytının banisi Culian Asanj (Julian Assange ) deyib.

O bildirib ki, ABŞ-ın bütün təbliğat maşını Hillary Clintonun seçilməsinə işləyir.

“Hillary Clintonun ətrafında həddən artıq çox şey birləşib. Kütləvi informasiya vasitələri,KİV rəhbərləri və jurnalistlərin özü”, deyə o vurğulayıb.

Assanj həmçinin bildirib ki, Hillari Clinton hələ 2014-cü ildən bilirdi ki, “İslam Dövləti” qrupunu Qətər və Səudiyyə Ərəbistanı hakimiyyətləri maliyyələşdirir.

Qeyd edək ki, “WikiLeaks” saytı Hillary Clintonun 2014-cü ildən bu yana elektron yazışmalarını əldə edib.

Bundan əvvəlki dövrə aid olan elektron yazışmalarla bağlı isə hazırda stintaq aparılır.

İstintaq Clintonun dövlət katibi vəzifəsində işlədiyi dövrü əhatə edir və bir müddət əvvəl yekunlaşmışdı. Amma Federal Təhqiqatlar Bürosu bu günlərdə istintaqı yenidən bərpa edib.

İstintaq bildirir ki, Hillary Clinton hələ 2009-2013-cü illərdə dövlət katibi işlədiyi dövrdə şəxsi serveri vasitəsiylə xidməti və fərdi yazışmalar aparıb. Məxfi xarakterli məlumatların yayılmasına şərait yaradıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG