Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Samir Məmmədovun noyabrın 3-də saxlandığı bildirilir.

Məlumatı AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də təsdiq edib: «Bizim bildiyimiz budur ki, AXCP fəalı Samir Məmmədovu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar».

S.Məmmədovun atası da oğlunun saxlandığını təsdiqləyib. O, qeyd edib ki, oğluna 1 aylıq inzibati həbs cəzası verilib. Ancaq gəncin atası bu məsələni ilə bağlı danışmaq istəmədiyini bildirib.

Gəncin nədə günahlandırıldığı açıqlanmayıb.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən də münasibət öyrənmək mümkün olmayıb.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə həbslərin aparılması ilə bağlı fikirləri qəbul etmir. Hakimiyyət rəsmilərinin fikrincə, onlar məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG