Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:09

Britaniya məhkəməsi qərara alıb ki, parlamentin razılığı olmadan hökumət ölkənin Avropa Birliyindən çıxması prosesinə başlaya bilməz.

Məhkəmənin bu qərarı indiki baş nazir Tereza Mey üçün ciddi zərbə hesab olunur.

Baş nazir artıq gələn il martın sonunda parlamentin müzakirəsi olmadan ölkənin Avropa Birliyindən çıxması prosesinə başlanacağını bəyan eləmişdi.

Tereza Mey bunu deyərkən yalnız iyunda keçirilən referendumun nəticələrini əsas tuturdu.

BBC-nin məlumatına görə, əgər qərarı Ali məhkəmə də təsdiqləsə “Breksit”in taleyi deputatların əlində olacaq.

Xatırladaq ki, iyunda Böyük Britaniyada keçirilən referendumda əhalinin 51 faizi ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Analitiklər hesab edir ki, bu Britaniya iqtisadiyyadına pis təsir göstərə bilər.

Baş nazir Tereza Meyin özü də hələ referendumdan əvvəl bankirlərə xəbərdarlıq edibmiş ki, bunun mənfi nəticələri ola bilər.

Referendumdan sonra funt-sterliqin məzənnəsi düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG