Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Noyabrın 4-ü, yerli vaxtla səhər sat 8-də Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış ölüb. Ölən və yaralananlar var.

Diyarbəkir rəhbərliyi polis məntəqəsi yaxınlığında bir avtomobilin partladıldığını deyir.

«Al Jazeera» kanalının məlumatına görə, parlayışın səsi şəhərin uzaq yerlərində də eşidilib. 4 yaşayış binasında ciddi dağıntı var. Ölənlərin sayının artacağı güman olunur.

Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ həm əhali, həm də polis əməkdaşlarından ölənlərin olduğunu təsdiqləyib.

Partlayışı PKK terror təşkilatının törətdiyi güman olunur.

Hadisədən bir neçə saat əvvəl Türkiyədə kürdlərin Xalq Demokratik Partiyasından (HDP) olan 13 deputat, o cümlədən partiyanın həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ həbs edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG