Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Federal Tədqiqat Bürosu (FBI) demokratların namizədi Hillary Clinton-la bağlı saxta sənədləri də Rusiyanın seçkiyə müdaxiləsinin araşdırılması işinə daxil edib.

Sənədlərdə guya Clinton-un təbliğat kampaniyasının yazılarında kampaniyanın Clinton-un qələbəsini təmin etmək məqsədilə «vətəndaş hərc-mərcliyi» salmaq kimi əlavə tədbirlərə əl atmağa hazır olduğu deyilir. Seçki fırıldaqlarıyla bağlı saxta faktlardan və başqa yanlış məlumatlardan ibarət məktublar da tədqiq olunur. Bu sənədlərin və məktubların haradan göndərildiyi və necə yayıldığı məlum deyil.

ABŞ kəşfiyyat rəsmiləri xəbərdarlıq ediblər ki, seçki sənədləri kimi, demokratların e-mail-lərinə müdaxilənin də arxasında ABŞ-da seçkiyə etimadı azaltmağa çalışan rus hakerləri dayana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG