Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26

Suriyada ABŞ-a arxalanan qiyamçılar—kürdlər və ərəblər Raqqanın azadlığı əməliyyatında Türkiyənin iştirakına etiraz ediblər.

Suriya Demokratik Qüvvələri Alyansının yaydığı bəyanatda deyilir ki, onlar şəhəri azad edəcək yeganə qüvvə olacaqlar.

Raqqa əməliyyatının bir neçə həftəyə başlanması planlanır. Mosul əməliyyatından uzaqlaşdırılandan sonra Türkiyə Suriyanın Raqqa şəhərinin İŞİD-dən təmizlənməsində iştirak etmək istəyir. ABŞ-ın müdafiə naziri Ash Carter əməliyyatda əsas rolu kürd və ərəb döyüşçülərin oynayacağını, amma həm də Ankarayla bu istiqamətdə danışıqların getdiyini deyib.

ABŞ Suriyadakı kürd dəstələrini ən etibarlı müttəfiq, Türkiyə isə PKK ilə əlaqəli terrorçular adlandırır.

XS
SM
MD
LG