Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:24

Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Bu barədə Müdafiə nazirliyinin mətbuat xidmətinin noyabrın 3-də yaydığı məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü"ndə iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edib.

Buna da bax:​ Pakistanın Azərbaycan sevgisi

Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti, perspektivləri və görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

Tədbirin yekununda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

Pakistan İslam Respublikasının baş naziri Muhammad Nawaz Sharif oktyabrın bu il 13-də Azərbaycana gəlmişdi. O prezident İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı birmənalı müdafiə etdiklərini bildirmişdi. İlham Əliyev də Kəşmir münaqişəsi ilə bağlı Azərbaycanın Pakistanı dəstəklədiyini söyləmişdi.

Buna da bax: İlham Əliyev: ‘Pakistandan ən müasir silahlar almaq istəyirik’

Kəşmir vilayətinə Pakistan iddia edir. Onun şimal qərb hissəsi Pakistanın, qalan daha böyük hissəsi isə Hindistanın tərkibindədir.

Qarabağ münaqişəsi isə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG