Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Teylor Svift dünyada ən çox qazanan müğənnidir.

Forbes jurnalının tərtib etdiyi reytinqə görə, 26 yaşlı müğənni ilə 170 milyon dollar qazanıb ki, bu onun ötənilki nəticəsindən 2 dəfədən də artıq çoxdur.

Onun liderliyinə əsas səbəb 2015-ci ildən başladığı “1989” turnesi olub.

Müğənni Şimali Amerikada verdiyi konsertlərdən götürdüyü gəlirlə veteran rok qrupu olan Rollinq Stonsu keçib.

İkinci yerdə isə Adel gəlir. O,80 milyondan çox qazanıb və bu hələ ki, 28 yaşlı britaniyalı müğənninin ən yaxşı göstəricisidir.

Onun “25” adlı albomu 2015-ci ildə ən çox satılan albom olub.

3-cü yerdə Madonna gəlir. 58 yaşlı müğənni Rebl Hat turnesindən 76 milyon yarım qazanıb.

28 yaşlı Rianna 75 milyonla 4-cü, 35 yaşlı Beyonse isə 54 miyon dollarla 5-cidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG