Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Ermənistan əhalisinin sayı ilin əvvəllərindən bu yana 4700 nəfər azalıb.

Son siyahıya alma,hazırda ölkə əhalisinin 2 993 900 nəfər olduğunu göstərir.

Milli statistika komitəsinin məlumatına görə,

2016-ci il yanvarın 1-dək ölkə əhalisinin sayı 1 998 600 nəfər olub ki, bu son 9 ay ərzində əhalinin sayının 4700 nəfər azaldığını göstərir.

2016-ci il yanvarın 1-də isə ölkə əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqaisədə 12 min nəfər azalıb.

1977-ci ilin statistikasına görə, ölkə əhalisinin sayı 2,9 milyon nəfər olub, 78-ci ildə isə 3 milyona qalxıb.

Ən çox artım isə sovetlər dövründə-80-ci illərdə baş verib və 1992-ci ilin sonunda ölkə əhalisinin sayı 3,6 milyon nəfərə çatıb.

Ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra isə əhalinin sayı 634.7 min nəfər azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG