Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Tanınmış rusiyalı kloun Oleq Popov 86 yaşında vəfat edib.

Rastovda qastrolda olan Popov televizor qarşısında yuxuda keçinib.

Rastov sirkinin direktoru Dimitriy Rezniçenko “Zvezda” telekanalına artistin son anlarından danışıb:” Bütün günü zarafat edir, şəhərdə gəzirdi, bütün mərkəzi bazarı gəzdi, xolodes istədi, yedi, güldü. Ötən istirahət günləri qastrolun ilk çıxışları oldu”.

Rezniçenko deyir ki, Popovun truppası onun xatirəsinə qastrolu dayandırmaq fikrində deyil.

Hamı Popovu qara məxməri pencəkli, qırmızı qalstuklu, dama-dama kepkalı və sarışın parikli kloun kimi xatırlayır.

Popov Rusiya dövlət sirk məktəbini bitirib və 1955-ci ildə Moskvaya dövlət sirkinə gələnədək bir neçə il əyalətlərdə qastrollarda olub.

Moskvaya gəldikdən sonra isə dövlət sirkinin baş klounu kimi xarici ölkələrə qastrollara çıxıb

1969-cu ildə SSSR-i xalq artisti adına layiq görülüb.1991-ci ildə Almaniyaya köçüb,2015-ci ilin payızında, 24 ildən sonra isə yenidən Rusiya dönüb.

Popovun ölümündən əvvəlki son ifası

Günün bütün mövzuları

XS
SM
MD
LG