Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.6490 məzənnəsi ilə başlayıb və 1.6580 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Son həftələrdə əksinə, dollar yenə manat qarşısında dəyər qazanır.

2006-ci il yanvarın 1-də baş verən manatın denominasiyasından sonra heç vaxt dollar Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG