Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Suriyanın Raqqa şəhərinin «İslam Dövləti»ndən (İŞİD) azad olunması strategiyası Türkiyə ilə müzakirə olunur. Bunu ABŞ-ın müdafiə naziri Ash Carter deyib. O, Raqqa əməliyyatlarının tezliklə başlanacağını, oraya şəhəri azad etmək iqtidarında olan qüvvə ilə gedəcəklərini bildirib.

A.Carter-in sözlərinə görə, danışıqların indiki mərhələsində əməliyyatda Türkiyənin mümkün rolunu gözdən keçirirlər, hazırda isə yalnız plana uyğun davranılır.

A.Carter İŞİD-in mühasirəyə alınması və təcridi əməliyyatlarının bir hissəsini Suriyadakı kürd döyüşçülərin (YPG) yerinə yetirəcəyini vurğulayıb. Etnik münaqişənin qarşısını almaq üçün şəhərin özünü ərəb döyüşçülərin ələ keçirməsi planlanır.

İraqın Mosul şəhərinin İŞİD-dən təmizlənməsi əməliyyatları da eyni strategiyaya əsasən aparılır. Amma döyüşlərdə kürdlərə üstün rol verilməsi Türkiyənin narazılığına səbəb olub.

Suriyadakı YPG-ni də ABŞ özünün ən bacarıqlı müttəfiqi hesab edir. Ancaq PKK ilə əlaqəli olduğundan YPG-ni Türkiyə terrorçu təşkilat kimi tanıyır və onun Raqqa əməliyyatlarına qatılmasının əleyhinədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG