Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 18 dəfə pozublar. Bu zaman 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Bala Cəfərli kəndi atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Əlibəyli kəndi hədəf seçilib.
Nazirliyin bildirməsinə görə, işğal altında olan Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri vurulub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Son günlər isə cəbhədə iri silahların da işə düşdüyü bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG