Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Forbes jurnalı 2016-cı ildə dünya musiqisinin ən çox qazanan qadınlarının siyahısını dərc edib. Birinci yerdə 170 milyon dollarla 26 yaşlı Taylor Swiftdir. 28 yaşlı Adele 2-ci yerdədir. O bu il 80,5 milyon dollar qazanıb. 2013-cü ildə birinci yerdə olmuş Madonna indi 3-cüdür. 58 yaşlı Madonnanın bu ilki gəliri 76,5 milyon dollardır.

Reuters yazır ki, Madonna son dünya turunda 170 milyon dollar qazandı və bununla da Madonnanın indiyə kimi ümumi gəliri 1 milyard 400 milyon dollara çatdı. Ancaq agentlik qeyd edir ki, bu məbləğ vergiyə kimi olan puldur.

Forbes-ın siyahısında 4-cü yerdə azacıq fərqlə Rihannadır (75 milyon dollar),5-ci yerdə Beyonce-dir (54 milyon dollar).

Forbes-ın siyahısında ilk 10-luqda olan qadın müğşnnilər bu il ümumilikdə 600 milyon dollar qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG