Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

APA-nın xəbərinə görə, hadisə noyabrın 2-də Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində, "Dağlar qapısı" deyilən ərazidə baş verib.

Dağdan qopan böyük qaya parçaları yolun tam bağlanmasına və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına səbəb olub.

Bundan sonra rayonun müvafiq qurumları hadisə yerinə gəliblər. İşçi qüvvəsinin və ağır texnikanın köməkliyi ilə yol qismən təmizlənməklə maşınların hərəkəti bərpa olunub. Bununla belə, yoldakı böyük qayanı tərpətmək mümkün olmayıb.

Buna da bax:​ Torpaq sürüşməsi yolları keçilməz, evləri qəzalı vəziyyətə salıb

Qaya parçasının yalnız partlatmaqla ortadan götürməyin mümkün olacağı bildirilir. Bu işin sabah, noyabrın 3-də yerinə yetiriləcəyi deyilir.

Lerik-Qosmalian-Kəlvəz avtomobil yolundan rayonun 20-dən çox yaşayış məntəqəsinin sakinləri istifadə edir. Yolda sonuncu dəfə dağ uçqunu oktyabrın 28-də qeydə alınıb. Dağ uçqunları aramsız yağıntılarla izah edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG