Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

İnsan haqları pozuntularında daim adı hallanan İranın keçmiş baş prokuroru 135 şallaq cəzasına məhkum olunub. 49 yaşlı Said Mortazavi korrupsiyada günahkar bilinib.

Bu, o Mortazavidir ki, 2009-cu ilin mübahisəli prezident seçkilərindən sonra İranın Yaşıllar Hərəkatının üzvlərini həbsə atdırmaqda əsas rol oynamışdı.

İndi isə, noyabrın 2-də Tehran məhkəməsi onu İranın rifah proqramına başçılıq edərkən dövlət pullarını mənimsəməyə və dağıtmağa görə məhkum edib.

İranın keçmiş prezidenti Mahmud Ahmadinejadın yaxın tərəfdarı olan MortazaviTehranın İnqilabi Məhkəməsinin sədri olarkən,2003-2009-cu illərdə isə ölkənin ədliyyə sisteminə başçılıq edərkəın islhatçılara qarşı hücumlarda, müxalifət mediasının bağlanmasında aparıcı rol oynayırdı.

Human Rights Watch 2010-cu ildə Mortazavini insan haqlarının “kütləvi pozucusu” adlandırmışdı.

Mortazavi insan haqları pozuntularına görə ABŞ-ın sanksiyalar siyahısında idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG