Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Özbəkistan prezidenti vəzifəsini icra edən Shavkat Mirziyoyev bəzi cinayətlərə görə həbs cəzasını ləğv edib. Onun imzaladığı fərman 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

Özbəkistanın Sputnik xəbər saytının verdiyi məlumata görə, fərmanda deyilir ki, bəzi cinayətlərə görə həbs cəzasının əvəzində “azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəzaların tətbiqi genişlənir”.

Söhbət qısamüddətli, 6 aya kimi həbs cəzalarından gedir.

Özbəkistanın cinayət məcəlləsinə görə, belə qısamüddətli həbs - məhkəmə qərarı ilə cinayət törətməkdə günahkar bilinən şəxsin 1 aydan 6 aya kimi ciddi təcriddə saxlanmasıdır. Həbs o zaman tətbiq edilir ki, məhkum olunan şəxsin islah olunması cəmiyyətdən təcrid etmədən mümkün deyil. Cərimənin, ictimai islah işlərinin əvəzinə də həbs tətbiq oluna bilər.

Mirziyoyevin fərmanına verilən rəsmi şərhdə deyilir ki, bu, cinayət cəzalarının liberallaşması siyasətinin davamıdır.

Fərmanla gələn il aprelin 1-dən cinayət törətməkdə şübhəli bilinən şəxsin saxlanması müddəti də azaldılır- 72 saatdan 48 saata endiriir.

Fərmana görə, cinayət törətməkdə şübhəli bilinəni də həbsdə ən çoxu 7 ay saxlamaq olar. Hazırda bu, 12 aydır.

Özbəkistanın Fergananews xəbər saytının verdiyi məlumata görə, bu günlərdə Mirziyoyev Özbəkistan məhkəmələrini tənqid etmişdi ki, məhkəmələr yalnız ittiham hökmü çıxarır, “son illər məhkəmələr bir dənə də olsun bəraət hökmü verməyib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG