Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Elmar Məmmədyarov Əbdül Fəttah əs-Sisi ilə görüşüb


Misir prezidenti Abdel Fattah al-Sisi

Misir prezidenti Abdel Fattah al-Sisi

Xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfəri çərçivəsində ölkə prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşüb.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti noyabrın 2-də xəbər yayıb.

Xəbərə görə, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

E.Məmmədyarov Əbdül Fəttah əs-Sisiyə gələn il Azərbaycanda 4-cü İslam Həmrəyliyi oyunlarının keçiriləcəyi haqda bilgi verib. Misir idmançılarını oyunlara dəvət edib.

Buna da bax:​ Məmmədyarov BMT-də qaçqınlardan danışıb

Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri də müzakirə olunub. Əməkdaşlığın böyük perspektivlərinin olduğu diqqətə çatdırılıb.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları fikir mübadiləsinin əsas mövzularından olub.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 1-də Misirə səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG