Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:58

"Müxalifətin seçki siyahısı prezidentlə razılaşdırılır"


Ermənistanda müxalifət nümayişi
Ermənistanda müxalifət nümayişi

Yerevanda Media-Mərkəzdə siyasi partiyalar mövzusunda müzakirələrdə politoloq Stepan Danielian deyib: “Bizdə nümunələr var ki, prezident Serj Sarkisian təkcə hakim partiyanın seçki siyahısını yazmır, həm də bəzi müxalifət partiyalarının seçki siyahıları Serj Sarkisianla razılaşdırılır”.

Bunu Aravot qəzeti yazır.

Erməni Strateji və Milli Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sarkisian isə deyib : “Bəzi partiyalar fikirləşirsə ki, bizdə azad seçki yoxdur, onda niyə bu qədər partiya var? Onların funksiyası onda nədən ibarətdir? Onda onlar gərək dərhal buraxılalar. Ancaq partiyalar göbələk kimi artır. Bunlar adətən bir nəfərin partiyalarıdır.”

Sarkisian daha sonra deyib: “partiyaların proqramı ilə maraqlanan kimi deyirlər ki, sən prezident aparatının agentisən. Gör nəyə gəlib, çıxdıq”. O, Avropa ölkələrini misal çəkib ki, orda partiyada üzvlklə bağlı müəyyən məhdudiyyətlər var, məsələn, gərək ləkəsiz keçmişin olsun.

Sarkisian deyib ki, “bizim ölkədə bu, tamamilə yoxdur”.”Ona görə də indiki qanun liberaldır. Onun məqsədi o deyil ki, təmiz partiya üzvləri olsun, məqsədi odur ki, partiya üzvləri idarə olunan olsun, və belə partiyalar olsun ki, onları manipulyasiya etmək asan olsun”.

ALICILIQ QABİLİYYƏTSİZLİYİ

Insanların alıcılıq qabiliyyəti ikirəqmli sürətlə azalır. Bunu Aykakan jamanak qəzeti yazır.

Qəzet sual verir ki, əhali Ermənistanı niyə tərk edir? – Bunun əsas aydın səbəblərindən biri sosial-iqtisadi durumdur. Rəsmən deyilsə də ki, maaşlar artır, hətta konkret rəqəmlər göstərilir, digər göstəricilər əhalinin alıcılıq qabiliyyətinin sürətlə azaldığını deyir.

Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, 9 ayda ticarət keçən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalıb. Son iki ili götürəndə, mənzərə, yumşaq deyilsə, həyəcan doğurur. Qəzet yazır ki, əhalinin alıcılıq qabiliyyətinin azaldığını tikintidə də görmək olar. 9 ayda tikinti həcmləri 9,3 faiz azalıb. Sentyabrda azalma 17,3 faiz olub.

3 ERMƏNİ DEPUTAT

Aravot qəzeti Armenian-community.ge saytına istinadən yazır ki, Gürcüstanda parlamentin formalaşması başa çatdı.

Parlamentdə erməni mənşəli 3 deputat var – Ruslan Pogosian, Endzel Mkoian və Samvel Manukian. Qəzet müqayisə üçün qeyd edir ki, azərbaycanlı deputatlar isə 4 nəfərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG