Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Əslən Azərbaycandan olan rusiyalı jurnalist və teleaparıcı İradə Zeynalova 1-ci kanaldan NTV kanalına keçib.

Bu barədə oktyabrın 2-də “Rambler News Service” məlumat yayıb.

NTV-nin nümayəndəsi məlumatı təsdiqləyib, amma onun hansı proqramı aparacağına aydınlıq gətirməyib.

“Rambler News Service” in studiyadakı mənbəə istinadla verdiyi məlumata görə, İradə Zeynalova həftəlik icmal proqramı aparacaq, amma bu proqramın efirə nə vaxt çıxacağı bəlli deyil.

İradə Zeynalova 2003-cü ildən 1-ci kanalda işləyib, sonra kanalın Böyük Britaniya və İsraildəki şöbələrinin rəhbəri olub.

20120-ci ildən “Vremya” proqramının bazar buraxılışını aparıb.

2016-cı ildə onu bu efirdə “Ekspert” jurnalının baş redaktoru Valeri Fadeev əvəz edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG