Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Əcnəbilərə və ya vətəndaşlığı olmayan iş adamlarına Azərbaycanda yaşamaq, işləmək izni ilə bağlı güzəştlər tətbiq olunacaq.

APA bu xəbəri Milli Məclisə istinadən yayıb.

Xəbərə görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr təklif edilir.

Layihəyə əsasən, Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə əlavə ediləcək. Həmin əlavəyə görə, Azərbaycanda təsis edilən, təsisçilərdən ən azı biri xarici şəxs olan müəssisənin rəhbər və ya müavini vəzifəsini tutan əcnəbiyə müvəqqəti yaşamaq icazəsi veriləcək.

Məcəllənin 64-cü (İş icazəsinin alınması tələb olunmayan hallar) maddəsinə də əlavə nəzərdə tutulur. Bu əlavəyə görə, Azərbaycana dəvət olunan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləməkdən ötrü icazə alınması tələb olunmayacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılmalıdır.

XS
SM
MD
LG