Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Kremlin sözçüsü Dimitri Peskov Çeçenistan lideri Ramzan Kadyrovun respublika üçün büdcə layihəsini tənqid etməsinə münasibət bildirib.

RİA Novistinin məlumatına görə, Kadyrov 2017-ci ilin büdcəsilə bağlı iclasda Rusiya maliyyə nazirliyinin təklif etdiyi layihənin qəbuledilməz olduğunu bildirib.

Yeni büdcə layihəsində xərclərin azaldılması nəzərdə tutulur.

Kadyrov deyib ki, bücənin ixtisarı regionun inkişafı, sosial öhtəliklər və prezidentin “may fərmanları”nın yerinə yetirilməsinə mənfi təsir göstərəcək.

Peskovsa deyib ki, əlbətdə bu müzakirə olunmalı bir məsələdir və prezident bu barədə artıq danışıb, xəbərdarlıq edib.

Peskov qeyd edib ki, əsas müzakirə parlamentin aşağı palatasında olacaq.

Amma o qeyd bildirib ki, söhbət bir subyektin büdcəsi, maraqlarından yox, ümumilikdə ölkə büdcəsindən gedir və burda bütün aspektləri nəzərə olmaq olduqca çətindir.

XS
SM
MD
LG