Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:08

Rusiyada hamıya "Rusiya milləti" deyəcəklər


arxiv fotosu
arxiv fotosu

Rusiyada yeni qanun hazırlamağı təklif edirlər: "Rusiya milləti haqda".

“Rusiya milləti haqda və millətlərarası münasibətlərin idarə olunması haqda qanun “Rusiya milləti” anlayışını “siyasi həmvətəndaşlıq” kimi müəyyən etməlidir”. Başqa sözlə, milliyətindən asılı olmayaraq, Rusiya vətəndaşlarının hamısı birlikdə Rusiya millətidir.

Bunu həmin qanun ideyasının təşəbbüskarı Rusiya Xalq Təsərrüfatı və dövlət idarəçiliyi akademiyasının kafedra müdiri Vyachreslav Mikhailov Tass agentliyinə deyib.

Vladimir Putinin sədrliyi ilə Həştərxanda millətlərarası münasibətlər Şurasının iclasında Mikhailov təklif edib ki, Rusiya milləti və millətlərarası münasibətlərin idarə olunması haqda qanun olsun.

Bu qanun millətlərası münasibətlər üzrə bütün yenilikləri özündə birləşdirsin.

Putin təklifi bəyənib.

Mikhailov Tass agentliyinə izah edir ki, Rusiyanın Konstitusiyasında “çoxmillətli xalq” anlayışı izah olunmur, ona görə də hərə öz bildiyi kimi yozur. “Bəliləri hesab edir ki, bu vətəndaş millətidir, bəziləri düşünür ki, bu, millətlərin millətidir və s.”

“Bununla belə, Dövlət Milli Siyasətinin 2012-ci ildə təqdiqlənmiş Strategiyasında “Rusiya milləti” ifadəsi işlənir”.

Mikhailovun fikrincə, bu Strategiyanın 2025-ci ilə qədər olması, yəni vaxt məhdudiyyəti onun çatışmayan cəhətidir, ona görə, Rusiya milləti haqda qanun olmalıdır. Onun sözlərinə görə, müxtəlif ölkələrin qanunvericiliyində Britaniya, Amerika, Fransa xalqları anlayışlar var.

Mikhailov deyir ki, qanun ümumi dövlət xəttini cızmalıdır. “Bu, anlayışın izahı olmalıdır: Rusiya milləti təkcə vətəndaş milləti deyil, həm də sivilizasiyanın bir növüdür. Biz Rusiya milləti deyiriksə, bu, dəqiq sərhədləri olan ölkədə həmvətəndaşlıqdır”.

Mikhailov xüsusi vurğulayır ki, “Rusiya milləti anlayışında heç bir etnik başlanğıc yoxdur. Bu, sırf siyasi həmvətəndaşlıqdır”.”Bu halda Rusiya milləti – bütün vətəndaşların birliyidir. Biz vətəndaş millətini və siyasi milləti etnik birliklərlə birləşdiririk”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG