Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26

‘Mədən Şəffaflığı’ tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə


Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yığıncağı

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yığıncağı

Bu il oktyabrın 25-26-da Qazaxıstanın Astana şəhərində Mədən Hasilatı Şəffaflıq Təşəbbüsü (MHŞT, ingiliscə qısa adı – EITI) üzrə İdarə Heyətinin toplantısı keçirildi. Toplantı zamanı Azərbaycanın qurum çərçivəsində gələcəyi geniş müzakirə olunub.

İdarə Heyəti islahedici addımların icrası üzrə irəliləyişləri nəzərə alaraq, ölkənin namizəd statusunun saxlanmasına qərar verdi və qurumun növbəti iclasınadək Azərbaycan hökuməti üçün bir sıra islahedici addımlar müəyyən etdi.

Bu addımlar icra olunmazsa, ölkənin MHŞT-də fəaliyyəti İdarə Heyətinin növbəti iclasında dayandırıla bilər. Digər tərəfdən, qurum 2017-ci il iyulun 26-da Azərbaycanda rəsmi olaraq üçüncü qiymətləndirmə prosesinin başlamasına qərar verib.

Buna da bax:​ Şəffaflıq mövzusu yenidən gündəmdədir

NƏLƏR QİYMƏTLƏNDİRİLƏCƏK

MHŞT İdarə Heyətinin Azərbaycandan əsas tələbi isə Vətəndaş Cəmiyyəti (VC) ilə bağlıdır və bu tələblər növbəti toplantıyadək, yəni gələn il martın 8-dək icra olunmalıdır.

Qərarda deyilir ki, hökumət islahatlar prosesinə vətəndaş cəmiyyətinin cəlbi ilə bağlı tələblər yönündə addımlar atmalıdır. Özəlliklə də, bir sıra hüquqi və tənzimləyici dəyişikliklər edilməlidir. Belə ki, vətəndaş cəmiyyəti 2 ildən bir qeydiyyatı təsdiqləyən çıxarışı əldə etməlidir; qrantlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir; xarici donorlar fərdi qrantları hökumət qurumlarında qeydiyyatdan keçirməli və qrantın məqsədəuyğunluğuna dair rəyi əldə etməlidirlər.

Buna da bax:​ QHT-lərin problemləri həll edilib?

Bir sıra islahedici tədbirlər isə gələn ilin iyulunda başlanacaq üçüncü qiymətləndirmə prosesində dəyərləndiriləcək. Bu tələb içində təbii resursların idarə olunması haqqında müzakirələrdə vətəndaş cəmiyyətinin iştirakına imkanlar verilməsi; vətəndaş cəmiyyətinin MHŞT prosesi haqqında ictimai müzakirələrə cəlbi və bu proses haqqında fikirlərini məhdudiyyət, məcburiyyət və ya hədə olmadan bildirməsidir.

EKSPERTLƏR İNANMIR

Müstəqil QHT-lər və beynəlxalq qurumlar hesab edir ki, Azərbaycanda QHT-lərin qeydiyyatına süni əngəllər yaradılır. Avropa Məhkəməsinin Azərbaycanda birləşmək hüququ ilə bağlı qərarları da buna örnək göstərilir.

Buna da bax: 2025-ci ilədək iqtisadiyyatın yol xəritəsi hazırlanır

Amma MHŞT QHT Koalisiyasının üzvü, iqtisadçı ekspert Zöhrab İsmayıl hesab edir ki, bu tələblər yetərlidir: “Ancaq hökumətin bütün bunları icra edəcəyinə inanmıram. Çalışacaqlar nəsə bir-iki məsələni həll etsinlər və sonra bunları böyütməklə vəziyyətdən çıxmağa çalışsınlar”.

MHŞT Beynəlxalq İdarə Heyətinin üzvü, iqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, tələblər tam və vaxtında yerinə yetirilməsə də, müəyyən işlərə təkan verəcək.

XS
SM
MD
LG