Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Moskvada keçirilən vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin qalibi bəlli olub.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, müsabiqədə G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin müəllimi İlham Nəzərov (kontrtenor) qalib seçilib.

Laureat adı uğrunda 12 ölkədən – Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparıb.

Münsiflər heyətinin tərkibində Tamara Sinyavskaya, Bakı Musiqi Akademiyasının rektoruFərhad Bədəlbəyli, Moskvadakı «Helikon-opera» Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər yer alıb.

Müsabiqənin şərtlərinə görə, Qran-pri mükafatçısına 30, birinci yerin sahibinə 25, ikinci yerin qalibinə 15, üçüncü yerə layiq görülən iştirakçıya isə 10 min ABŞ dolları məbləğində mükafat ayrılıb.

Maraqlıdır ki, müsabiqədə ikinci yerə də Azərbaycan təmsilçisi- beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli (bariton) layiq görülüb.

«Qran-pri»Rusiya nümayəndəsi Vasilisa Berjanskayaya verilib.

Ənənəyə görə, beynəlxalq müsabiqənin finalı Rusiya paytaxtının ən iri konsert salonu olan «Crocus City Hall»da keçirilib.

Finalda İlham Nəzərov orkestrin müşayiəti ilə Müslüm Maqomayevin məşhur «Azərbaycan» mahnısını ifa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG