Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Bu il noyabrın 1-ə kimi Azərbaycan İpoteka Fondu (AİF) vasitəsilə 730 mln. 802.42 min manat məbləğində 17 min 997 ipoteka krediti verilib.

Bu göstərici bu sahədə iyunun əvvəlinə olan vəziyyətin eynisidir. Yəni, ötən yarım ildə kimsə mənzildən ötrü kredit almayıb. Mayda isə hərəsi 50 min manat olan 2 kredit verilib. Apreldə də 2 kredit verilib – 93.02 min manat.

Ötən il isə 97 mln. 273.98 min manat məbləğində 2 min 146 kredit verilmişdi.

AİF vasitəsilə kreditlər 2006-cı ildən verilir. Sosial ipoteka (50 min manat, 4 faizlə) 2007-ci ilin II yarısından verilmir. İndi də kommersiya kreditləri də (8 faiz) dayandırılıb.

Səbəb bankların mənfəətinin olmamasıdır. Onlar istehlak (20-40 faiz) və sahibkarlıq kreditlərindən (12-18 faiz) daha çox qazanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG