Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Çin ilk dəfə 5-ci nəslə aid J-20 markalı yeni qırıcı təyyarəsini nümayiş etdirib.

TASS-ın məlumatına görə, çoxməqsədli təyyarə ictimaiyyətə Airshow China – 2016 aviakosmik salonda təqdim edilib.

Bu təyyarə ilk dəfə 2011-ci ildə sınaqdan keçirilib və artıq 2017-2019-cu illərdə istismara veriləcək.

KİV-lərin məlumatına görə, J-20 təyyarəsinə Rusiya istehsalı olan AL-31FH mühərrikləri qoyulub və Çin Rusiyada istifadədən çıxarılmış bu markalı mühərrikləri kütləvi şəkildə alıb.

Taktiki-texniki xarakterli layihənin böyük bir hissəsi gizli saxlanılır.

J-20 təyyarəsində Rusiyanın MİQ 1,44 və ABŞ-ın F-22 və F35 təyyarələrinə çox oxşar və tamamilə eyni elementlər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG