Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Oktyabrın 31-i Cəlilabad rayonunda torpaq sürüşməsi baş verib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun APA-ya verdiyi məlumata görə, torpaq sürüşməsi Albalan-Xəlilli avtomobil yolunda qeydə alınıb. Yolun ayrı-ayrı ərazilərində asfalt qatı dağılaraq dərəyə doğru aşıb.

Yolun kənarlarında və orta hissələrində dərin çatlar əmələ gəlib. Sürüşmə nəticəsində bəzi yerlərdə yol daralıb. Mövcud vəziyyətə baxmayaraq, yolda hələlik, nəqliyyat vasitələrinin hərəkətində ciddi problem olmadığı bildirilir.

V.Dövlətov təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə rayonun müvafiq qurumlarının əraziyə cəlb olunduğunu, problemin qısa müddətdə həllini tapacağını bildirib.

QARAÇUXUR YOLUNDA UÇQUN

Qaraçuxur qəsəbəsində isə avtomobil yolunun kənarında uçqun olub. APA xəbəri Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənova istinadən yayıb.

Uçqun Əhmədli-Günəşli arası sürüşmə sahəsində, dik yamacda baş verib. R.Həsənovun bildirməsinə görə, uçqunun baş verməsinə atmosfer yağıntıları səbəb olub.

R.Həsənov qeyd edib ki, hazırda Zığ sürüşmə sahəsində aktivlik müşahidə olunur, çatlarda genişlənmələr var.

Bu il oktyabrın ortalarından etibarən aramsız yağıntılar üzündən Bakıda və əyalətlərdə sürüşmə zonalarının aktivləşdiyi bildirilir.

Şərhləri göstər

XS
SM
MD
LG