Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

Bəzən əlimiz yaşkən smartfondakı mesaja təcili cavab yazmaq lazım gəlir. Çoxları smartfonu xarab etməməkdən ötrü ona toxunmaq istəmir. Artıq bu cür hallara da bir çözüm tapılıb.

Texnologiya şirkətlərindən biri smartfonları, planşetləri, digər «ağıllı» cihazları məsafədən jestlərlə idarə etməyə imkan verən qurğu hazırlayıb.

Cihazın daxilinə «Gorilla Glass» şüşəsiylə qorunan optik sensor yerləşdirilib. «Bixi» adlanan qurğu istənilən əşyaya bərkidilə bilər. Bundan sonra 25 metr məsafədən 8 jestin köməyi ilə «ağıllı» cihazları idarə etmək olar. Əlaqə üçün Wi-Fi və ya Bluetooth köməyə gəlir.

Andoid və iOS platformalı cihazlara jestləri sazlamağa mobil proqram da yükləmək olar.

İstehsalçılar iddia edirlər ki, qurğunun akkumulyatoru enerjiylə doldurulduqdan sonra 1 ay avtonom işləyir.

«Bixi»nin qiyməti 79 dollardır. Şirkət sifarişləri 2017-ci ilin martından çatdırmağı planlaşdırır.

XS
SM
MD
LG