Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:37

«Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur».

APA xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün, noyabrın 1-i Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

Ş.Mustafayev deyib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Nazir əlavə edib ki, son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan çox investisiya qoyub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib: «Azərbaycanın «Karat Holdinq» şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində sanatoriya-kurort mərkəzini istifadəyə verib. «Azərsun Holdinq» Krasnodar vilayətində 8 mln. dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabriki tikib. «Karvan-L» şirkəti Kabarda-Balkar Respublikasında «Stalprom» şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1.5 mln. dollar dəyərində «Anji» İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb».

Azərbaycan-Rusiya Regionlararası Forumu 2010-cu ildən fəaliyyətdədir. Bu forumun məqsədi iki dövlət arasında işgüzarlığın səviyyəsini nümayiş etdirməkdir. VI Forum 2015-ci ildə Qəbələdə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG