Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

«Goldman Sachs» investisiya bankı OPEC-in buaykı konfransında neft hasilatını azaltma barədə razılaşma ehtimalının kiçildiyini hesab edir. İnvestisiya bankının ekspertləri düşünür ki, razılaşma olmasa, neft qiymətləri 40 dollara qədər düşə bilər.

Şirkətin analitiklərinin oktyabrın 31-də yayılan hesabatında oxuyuruq: «Hasilat kvotalarının tətbiq olunması ilə bağlı irəliləyişin olmaması və OPEC istehsalçıları arasında getdikcə artan narazılıq noyabrın 30-da razılaşma əldə etmə ehtimalını azaldır».

Hesabatda qeyd edilir ki, indiyə qədər razılaşmanın olmaması neft qiymətlərini sərt bir şəkildə aşağı çəkib: «OPEC inandırıcı bir razılaşma təklif etməzsə, bizə görə, neft qiymətləri 40 dollara qədər geriləyəcək».

OPEK neft ixrac edən ölkələr birliyidir. Birliyə 14 ölkə daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG