Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Abşeron rayonu Hökməli qəsəbəsindəki evdə baş verən partlayışda xəsarət almış «Azəravtoyol» ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

APA bu xəbəri mərhumun yaxınlarına istinadən yayıb.

Hadisə oktyabrın 20-də baş vermişdi. Partlayış nəticəsində M.Qurbanovun 3 yaşlı qızı Banıçiçək Qurbanlı ölmüş, onun özü, həyat yoldaşı, 44 yaşlı Ş.Novruzova və digər qızı, 12 yaşlı Leyla Qurbanlı xəsarət almışdılar. Respublika Yanıq Mərkəzinə yerləşdirilən bu şəxslərdən M.Qurbanovla Ş.Novruzovanın vəziyyəti ağır olduğundan onlar ailə üzvlərinin sifariş etdiyi helikopterlə Türkiyəyə aparılmışdılar. Lakin M.Qurbanov bir neçə gün əvvəl orada vəfat edib. Ş.Novruzova isə bu gecə oktyabrın 31-dən noyabrın 1-ə keçən gecə dünyadan köçüb.

Ailənin sağ qalan yeganə üzvü, bədəninin 40 faizi yanan Leyla Qurbanlının müalicəsi isə davam edir. Partlayışın qaz sızmasından baş verdiyi söylənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG