Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Clinton Trump-ı Kremllə əlaqələrini açıqlamağa çağırıb


Hillary Clinton və Donald Trump

Hillary Clinton və Donald Trump

Demokratların ABŞ prezidentliyinə namizədi Hillary Clinton deyib ki, Donald Trump Kreml və onun müttəfiqləriylə bütün münasibətləri barədə açıqlama verməlidir. Clinton-un fikrincə, rus hakerlərinin ABŞ-ın seçki sənədlərinə müdaxiləsi bu əlaqələrin nəticəsi ola bilər.

Birləşmiş Ştatlar Rusiyanı seçkiyə müdaxilədə, səsvermənin nəticələrinə təsir etmək cəhdində günahlandırır. Clinton deyib ki, məhz Rusiyayla və Rusiya prezidentinə yaxın olan rus oliqarxlarla münasibətlərinə görə Kreml respublikaçıların namizədi Donald Trump-ın seçilməsinə çalışır.

«Amerika xalqı bu münasibətlərin dərəcəsini və bunun rusların seçkiyə müdaxiləsiylə əlaqəsi olub-olmadığını öyrənməlidir». Clinton Ohayoda seçiciləri qarşısında çıxış edərkən belə deyib.

Respublikaçıların namizədi D.Trump Clinton-un bu cür ittihamlarını hər dəfə rədd edib, Rusiyada sərmayə qoymadığını bildirib.

Hakerlərin seçki sənədlərinə müdaxiləsiylə bağlı ittihamları Putin də rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG