Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

Rusiya, Azərbaycan, Qazaxıstan, Braziliya, Meksika və digər iri neft istehsalçıları OPEC-in hasilatı azaltmaq ideyasıyla razılaşsalar da, bu barədə konkret sənəd imzalamayıblar.

Neft karteli OPEC neftin qiymətini qaldırmaq, bazarda stabilliyi bərpa etmək məqsədilə neft ölkələrini istehsalı azaltmağa çağırıb.

Oktyabrın 31-də neft ölkələrinin energetika nazirlərinin, o cümlədən azərbaycanlı nazir Natiq Əliyevin iştirakıyla Vyanada görüş olub. Natiq Əliyev deyib ki, onlar bazarı stabilləşdirməyin zəruriliyini anlayırlar. Qazaxıstanın energetika nazirinin müavini Magzum Mirzagaliyev də bildirib ki, ölkəsi hasilatın azaldılması, yaxud dondurulması məsələsini müzakirə etməyə hazırdır, amma bu barədə razılaşma imzalamaq tezdir.

Nazirlər məsələni diqqətdə saxlayacaqlarını, razılığa gəlməkdən ötrü noyabrın 30-a qədər vaxt olduğunu söyləyiblər.

Rusiya daəvvəl OPEC-in ideyasına qoşulmağa tərəddüd edirdi. Ancaq konkret anlaşma olandan sonra xam neftin dəyəninin 30 dollardan 50 dollara qalxmasına nail olmuşdu.

Nazirlərin anlaşmaması neftin 4% ucuzlaşmasına səbəb olub. Oktyabrın 31-də Nyu-York bazarında bir barrel neftin qiyməti 49.86 dollara düşüb.

XS
SM
MD
LG