Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Türkiyə Mosuldan sonra Raqqaya hücuma çağırır


Raqqa uğrunda döyüşlər.

Raqqa uğrunda döyüşlər.

Türkiyə İraqın Mosul şəhəri azad olunandan sonra Suriyanın Raqqa şəhərinin hədəfə alınmasını istəyir. Raqqa da, Mosul kimi, İŞİD-in əlindədir. Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş oktyabrın 31-də deyib ki, «Ankaranın Raqqa məsələsində mövqeyi aydındır. Mosul əməliyyatlarından sonra bu şəhərə doğru həm hərbi, həm də strateji hərəkətə keçməliyik».

ABŞ-ın müdafiə naziri Ash Carter də keçən həftə bölgəyə səfərində koalisiya qüvvələrini Raqqanı mühasirədə saxlamağa çağırmışdı. Çünki Raqqadakı İŞİD yaraqlılarının Qərbə hücum planı barədə məlumatlar vardı.

İraq əsgərləri və kürd peşmərgələri Mosul şəhərini azad etmək üçün oktyabrın 17-dən əməliyyata başlayıblar. İraqın baş naziri Haider Abadi İŞİD-i təslim olmağa çağırıb, əks halda məhv edəcəklərini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG