Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Məhkəmə həbs olunmuş həkim-partiya sədrinə bəraət verdi


akı Apelyasiya Məhkəməsi

akı Apelyasiya Məhkəməsi

Oktyabrın 31-i Bakı Apelyasiya Məhkəməsi 2013-cü ilin may ayında narkotik vasitələri saxlamaqda ittiham olunaraq həbs olunmuş həkim Babək Ədalətliyə bəraət verib.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.

B.Ədalətli həm də dövlət qeydiyyatı olmayan Şah İsmayıl Xətai adına Demokratik Partiyanın sədridir.

Buna da bax:​ ««Bandotdel» işgəncələrini hələ də canımda daşıyıram»

B.Ədalətli cəzasını çəkib, hazırda azadlıqdadır. O, məhkəmə prosesi zamanı siyasi fəaliyyətinə görə, həbs olunduğunu deyirdi.

Vəkil E.Sadıqov hüquqlarını müdafiə etdiyi şəxs bəraət aldığından təzminat davası açacaqlarını da bildirib.

“Nihat” özəl klinikanın həkimi, 61 yaşlı Babək Ədalətlini 2013-cü ilin mayında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlamışdılar.

Həkim heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilirdi. Cinayət işi materiallarına görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Babək Ədalətlinin üstündən 5.931 qram, sonrakı axtarışlar zamanı yaşadığı mənzildən isə 10.977 qram heroin götürmüşdülər.

Buna da bax:​ Narkotikdən istifadə həddi artırılsın?

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilmişdi. Məhkəmə zamanı ittiham olunduğu maddə dəyişdirilmişdi.

Məhkəmə hökmünə əsasən Babək Ədalətli Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG