Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

“Rusiya prezidenti Vladimir Putin yaxın 7 gün ərzində Suriyanın Hələb şəhərinə irimiqyaslı hücum planlaşdırır”.

Bu barədə Britaniyanın “The Times” qəzeti kəşfiyyata istinadla məlumat yayıb.

Qəzet yazır ki, Rusiya Suriya rejiminin şəhər üzərində nəzarəti bərpa etməsi üçün, noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçisi ilə bağlı Vaşinqtondakı siyasi pauzadan istifadə eləmk fikrindədir.

Hələb hazırda Suriya rejiminə qarşı vuruşan üsyançıların nəzarətindədir.

Kəşfiyyatın məlumatına görə, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov” hazırda Aralıq dənizi iilə Suriyaya doğru gedir və bundan şəhərə hava zərbələrində istifadə ediləcək.

Qərb hesab edir ki, bu hazırda 275 minə yaxın adamın yaşadığı şəhərdə onsuz da ağır olan hümanitar vəziyyəti daha da pisləşdircək.

“Admiral Kuznetsov” gəmisi Suriyaya noyabrın 2-4-də çatmalıdır.

XS
SM
MD
LG