Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Builki Haloven bayramına amerikalılar rekord məbləğdə - 8,4 milyard dollar xərcləyəcək. Bunu Milli Satış Federasiyasına istinadən Washington Times qəzeti yazır.

Hər il oktyabrın 31-də qeyd olunan və ruhların yad edildiyi Haloveni bu dəfə 171 milyon amerikalı bayram edəcək, bu isə ölkə əhalisinin 69 faizidir.

Orta hesabla hər bir amerikalı şirniyyata, karnaval kostyumuna, dekorasiyalara 83 dollar xərcləyəcək.

Geyimlərə 3,1 milyard dollar gedəcək. Yaşlı amerikalıların yarısı xüsusi bayram libası geyinmək fikrindədir. Amerikalıların 17 faizi ev heyvanlarına da xüsusi geyim alacaq.

Bayram libasları arasında ən populyar olanlar super qəhrəmanların, dəniz quldurlarının, cadugərlərin, vampirlərin paltarlardıdır. Siyasi fiqurlar, eləcə də heyvanlar, bitkilər, yeməklər də populyardır.

Heyvan geyimləri arasında ən populyar kostyum balqabaqdır. Sonrakı yerlərdə hotdoq, arı, şir, İblis, Batman gəlir.

Super qəhrəmanlar builki Holovendə ən populyar mövzudur: həm oğlanlar, həm də qızlar arasında.

İstehlakçı qrupu üzrə ekspert Allison Zeller indiki Halovenə belə maraağı və rekord xərcləri Facebook, İnstagram dövrü ilə izah edir. O deyir ki, əvvəla, hamı öz şəklini çəkib Facebook-a qoyur, hamı yaxşı və orijinal görünmək istəyir, ikincisi, pis kostyumda gizlənmək daha mümkün deyil.

Builki bayramda qapı-qapı gəzənlərin sayı da artacaq. Sorğuya görə, qapı-qapı gəzənlər bayramda iştirak edənlərin 29 faizi olacaq ki, bu da rekorddan bir qədər azdır.

Zeller bunu belə izah edir ki, yad adamdan şirniyyat və başqa qidalar almaq ərzaq təhlükəsizliyi baxımından yaxşı deyil, ona görə, valideynlər burda bir qədər ehtiyatlıdırlar, yoxsa, qapı-qapı gəzənlər də rekord vurar.

Bununla belə, sorğulara görə, 10 amerikalıdan 7-si bayramda şirniyyat paylamaq fikrindədir, onlar şirniyyata 2,5 milyard dollar xərcləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG