Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Elmar Məmmədyarov: 'Ermənistan pozucu siyasət yürüdür'


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

ABŞ Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələri və müttəfiqlərdən ötrü təmin etdiyi tranzit imkanlarını yüksək qiymətləndirir.

ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenter xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə belə deyib.

Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda belə qeyd edilir.

Nazirliyin məlumatına görə, görüşdə iki ölkə arasında müdafiə, terrorizmlə mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Buna da bax:​ Nazir BMT Baş Məclisində Ermənistandan danışdı

E. Məmmədyarov qonağa Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O, Ermənistanın münaqişənin həllində pozucu siyasət yürütdüyünü, müxtəlif təxribatlara əl atdığını vurğulayıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər də müzakirə olunub.

ABŞ Müdafiə nazirinin müavininin köməkçisi oktyabrın 31-də müdafiə naziri Zakir Həsənovla da görüşüb. Həmin görüşdə hərbi əməkdaşlıq əlaqələri diqqət mərkəzində olmuşdu. Cənab Maykl Karpenter oktyabrın 31-dən Azərbaycanda rəsmi görüşlərə başlayıb.

Buna da bax: 'Ermənistanın Ağdamda təlim keçməsi təxribatdır'

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bu münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədrləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG