Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar müşahidə edilir. Sürüşmə ərazisində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsi su ilə tam doyaraq yamacboyu axıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Bakı şəhəri və Abşeron yarımadasında mövcud sürüşmə sahələrinin durumu haqda danışarkən belə deyib.

Buna da bax:​ Sürüşmə zonaları aktivləşir

Ə.Qaralov APA-ya bildirib ki, Suraxanı rayonunda, Əhmədli-Günəşli arası sürüşmə sahəsinin kütləsi üzərində və istinad divarlarında olan çatların ölçülərində genişlənmə müşahidə edilib.

“Zığ-1 sürüşmə sahəsində də lokal sahələrdə sürüşmənin dinamikasında nisbi aktivlik müşahidə olunub. Torpaq və divarlarda çatların ölçüləri 1,2-2 sm genişlənib”.

Buna da bax:​ ​Gədəbəy rayonunda 13 ev təhlükədə

Ə.Qaralov qeyd edib ki, Masazırda sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 2 santimetrə qədər genişlənmələr müşahidə olunub.

“Masazır qəsəbəsində, Mirzə İbrahimov küçəsi boyunca atmosfer yağıntılarının təsirindən 25-30 metr məsafədə uçqun baş verib. Hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur”, o, bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG