Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Lənkəranda yerli baytarlar qanadı qırılmış qartala yardım edə bilməyiblər.

APA-nın məlumatına görə, yaralı qartalı yerli sakinlərdən biri tapıb.

Buna da bax:​ Astarada mal-qaraya xəstəlik düşüb

Qartalın müalicəsi üçün Lənkəran Rayon Baytarlıq İdarəsinə müraciət olunub. Lakin idarəsinin əməkdaşları qanadı qırılmış quşa yardım edə bilməyəcəklərini bildiriblər. Daha sonra qartal Hirkan Milli Parkına təhvil verilib. Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğu və yarasının ağır olduğu barədə rəy çıxarıblar. O da məlum oldu ki, bu növ qartallar Lənkəran təbiəti üçün xarakterik deyil.

Qartal Hirkan Milli Parkında yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilib. Ona lazımi tibbi yardımın göstəriləcəyi bildirilib.

XS
SM
MD
LG