Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:10

'Azdrama' hələ də Fuad Poladovun getməsini təsdiqləmir


Fuad Poladov "Şah Qacar" tamaşasında.

Fuad Poladov "Şah Qacar" tamaşasında.

-

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Fuad Poladov bu teatrdan istefa verdiyini elan etdikdən sonra oktyabrın 28-i son tamaşası "Müsyö İbrahim və Quran çiçəyi"ndəki rolunu oynayaraq teatrdan ayrılıb. Ancaq teatr rəsmiləri hələ də aktyorun teatrdan ayrıldığını təsdiqləmir.

Belə ki, oktyabrın 29-da Akademik Milli Dram Teatrının rəsmi səhifəsində teatr rəhbərliyinin aktyor Fuad Poladovun teatrdan istefasına münasibəti dərc olunub.

Fuad Poladov Azdramadan belə ayrıldı.

Teatrın rəhbəri Azər Paşa Nemət müraciətdinə deyib ki: "Məsələnin mahiyyəti ondan ibarətdir ki, Fuad Poladov teatrdan getmək haqqında rəsmi müraciət etməyib. Əmək Məcəlləsinə görə, hər hansı dövlət və özəl qurumun əməkdaşı işdən gedəndə ərizə təqdim etməlidir. Fuad Poladov bizə ərizə təqdim etməyib".

Həmçinin Azər Paşa Nemət əlavə edib ki: "Əgər Fuad Poladov bizimlə birgə çalışmaq istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm, fikrinə hörmətlə yanaşıram. Bu cür hadisələr yaradıcı mühitdə, teatrlarda tez-tez olur və mətbuatın bu məsələdə həssas olmasını, şou yaratmamasını arzu edirəm".

Digər tərəfdən Akademik Milli Dram Teatrının noyabr ayı üçün afişasında Fuad Poladovun baş rollarında oynadığı “Şah Qacar”, “Boy çiçəyi” və “Müsyo İbrahim və Quran çiçəyi” tamaşaları repertuardan çıxarıldığı görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG