Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

APA-nın xəbərinə görə, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, onlar bunu gizli saxlayıb.

Rayonda sürücü işləyən T.İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: «13-cü uşaq doğulanda məni mətbuata çıxardılar. Dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar».

T.İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.

Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG