Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Noyabrın 1-i Bakı və Abşeron yarımadasında yağış gözlənilir.

Yağışların fasilələrlə noyabrın 3-nə kimi davam edəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bu günlər bəzi yerlərdə yağıntılar intensiv xarakter alacaq. Yarımadada gecə 6-8, gündüz 9-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Noyabrın 1-i Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, yağıntının bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi bildirilir. Gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Bütünlükdə ölkədə qarşıdakı 3 gündə qeyri-sabit havanın davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG