Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Bakı şəhərinin Qaradağ və Səbail rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi üzrə keçirilmiş monitorinq zamanı ekoloji pozuntu halları aşkarlanıb.

APA xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülleteninə istinadən yayıb.

Xəbərə görə, Qaradağ rayonunun Ələt qəsəbəsində şosenin sol və sağ kənarlarında fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqələrində, Ümid, Ələt, Səngəçal, Qobustan qəsəbələrinin sahil zolağında keçirilən monitorinq zamanı ekoloji pozuntular müşahidə edilib.

Keçirilən monitorinq zamanı Ümid qəsəbəsindən 1, Səngəçal qəsəbəsindən 2, Qobustan qəsəbəsindən isə 6 axarın müxtəlif istiqamətlərdən sahil zolağına və Xəzər dənizinə axıdılması qeydə alınıb. «Mərkəzləşdirilmiş kanalizasiya xəttinin tikintisinin yarımçıq qalması bəzi ərazilərdə süni gölməçələrin və sahil zolağında bataqlıqların yaranmasına səbəb olur. Belə hal sahil xətti boyunca üfunətli kəskin iyin və yoluxucu xəstəliklərin yayılmasına əlverişli şərait yaradır. Ümid, Səngəçal, Qobustan və Ələt qəsəbələrində mövcud kanalizasiya xətləri bərpa edilməzsə, bu, sahilboyu ərazilərdə su gölməçələrinin artmasına, bataqlıqların əmələ gəlməsinə səbəb ola bilər»,-deyə hesabatda qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG