Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Zaqatalada dəm qazının iki nəfərin həyatına son qoyduğu bildirilir.

APA-nın xəbərinə görə, hadisə oktyabrın 30-u 18:45 radələrində şəhərin 28 May küçəsi, ev 4 ünvanında qeydə alınıb.

Xəbərdə deyilir ki, həmin ünvanda iki kişi meyiti aşkarlanıb. İlkin ehtimala görə, həmin şəxslər dəm qazından boğularaq ölüblər.

Hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Oktyabrın ortalarında havaların soyumasından bu yana ölkə KİV-lərində hər gün dəm qazından ölüm hallarının baş verməsi ilə bağlı xəbərlər yayılır. Ekspertlər bunu qazın tərkibinə maddi qazanc məqsədilə bəzi maddələrin vurulması və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmaması ilə izah edirlər. Ancaq «Azəriqaz» İstehsalat Birliyi qazın tərkibinə ziyanlı qarışıqların vurulmasını təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG