Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Gürcüstanda parlament seçkilərinin ikinci turunda da hakim «Gürcü arzusu» Partiyası qalib gəlib.

Səsvermə dünən, oktyabrın 30-da olub. «Gürcü arzusu» Partiyasının namizədləri yenə də əsas rəqibin—Vahid Milli Hərəkatın namizədləri ilə yarışıblar.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, səslərin 90%-i artıq hesablanıb və ilkin nəticələr hakim partiyanın irəlidə olduğunu göstərir. MSK səsvermənin baş tutduğu 50 seçki dairəsindən 48-də «Gürcü arzusu» Partiyasının namizədlərinin irəlidə olduğunu bildirib.

Gürcüstan qanunlarına görə, 150 yerlik parlamentdə 46 yeri tuta bilən partiya konstitusional üstünlüyü əldə etmiş olur. Seçkilərin birinci turunda «Gürcü arzusu» parlamentdə 44 yer qazanmışdı. Yerlərin 27-ni Vahid Milli Hərəkat, 6-sını isə «Vətənpərvərlər Alyansı» bloku tutmuşdu.

Çoxluğa sahib olan hər iki partiya Qərbə inteqrasiyanın tərəfdarıdır. Amma hakim «Gürcü arzusu» həm də Rusiyayla münasibətləri qoruyub-saxlamaq niyyətində olduğunu bildirib.

Gürcüstanda parlament seçkilərinin birinci turu oktyabrın 8-də keçirilmişdi. Müxalifət hakim partiyanı seçkinin nəticələrini saxtalaşdırmaqda günahlandırır, onlar ittihamları rədd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG