Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Moldovada səslərin çoxunu Rusiyaya meylli namizəd Igor Dodon qazanıb. Amma prezidentin seçilməsi 2-ci tura qalır, çünki Dodon səslərin lazımi əksəriyyətini toplaya bilməyib.

Moldovada prezident seçkisi oktyabrın 30-da keçirilib. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, bülletenlərin 97%-i sayılıb. İlkin nəticələr Sosialist Partiyasının lideri İgor Dodon-un 48.9%, onun rəqibi, AB-nə qoşulmağın tərəfdarı olan Maia Sandu-nun isə 37.8% səs topladığını göstərir. Ölkə qanunlarına görə, namizədlərdən biri səslərin böyük əksəriyyətini yığa bilməsə, səsvermə ikinci tura qalacaq.

Moldovada son 20 ildə ilk dəfədir ki, əhali prezidenti birbaşa səsvermə yolu ilə seçir. Bu seçki həm də Rusiyayla daha sıx əməkdaşlığa can atanlarla Qərbə inteqrasiyanın tərəfdarları arasında yarışa çevrilib.

Prezident seçkisinin ikinci turu noyabrın 13-də keçirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG